www.science.az
15.09.2017 17:24

Akademik Ramiz Məmmədov Gürcüstanda keçirilən beynəlxalq tədbirdə iştirak edib

Gürcüstanın paytaxtı Tbilisidə NASA-nın Elm bölməsinin “Qafqaz regionunda landşaft dinamikası və bitki örtüyü” üzrə ekspert qrupunun təşkil etdiyi “Qafqazda landşaftların uzun müddətli deqradasiyası” layihəsinin müzakirəsi məqsədilə görüş keçirilib.

Rusiya, İran, Gürcüstan, Türkiyə və digər ölkələdən olan alim və mütəxəssislərin iştirak etdikləri beynəlxalq tədbirdə ölkəmizi AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov təmsil edib. Tədbirdə o, “Azərbaycan landşaftlarının dinamikası və səhralaşma intensivliyi” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanlı alimin təklifi ilə “Kür hövzəsinin bitki və torpaq örtüyünün, biomüxtəlifliyinin qorunması və bərpası” mövzusunda birgə elmi tədqiqat işinin aparılması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.