www.science.az
15.09.2017 15:08

Azərbaycan və ABŞ arasında seysmoloji sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib

ABŞ-ın “Kinemetrics” şirkətinin Avropa və Latın Amerikası üzrə nümayəndəsi Edelvays Spassov AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.

RSXM-ın direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə ilə görüşən qonağa mərkəzdə aparılan kompleks seysmoloji tədqiqatlar barədə məlumat verilib.

Görüşdə birgə tədqiqatların aparılması və qarşılıqlı təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb. Həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.