www.science.az
15.09.2017 10:24

Geologiya və Geofizika İnstitutunda Bilik Günü qeyd olunub

AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) 15 sentyabr – Bilik Günü ilə əlaqədar tədbir keçirilib.

İnstitut əməkdaşlarının övladları üçün keçirilən tədbir GGİ-nin Həmkarlar İttifaqı Komitəsi (HİK) tərəfindən təşkil olunub.

HİK-in sədri, institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, geologiya üzrə fəlsəfə doktoru Kamran Əliyev çıxış edərək tədbirin məqsədinin elmə xidmət edən alimlərin sosial təminatının yaxşılaşdırılmasına töhfə vermək və övladlarında elmə ibtidai həvəs yaratmaq olduğunu bildirib.

Tədbirin bədii hissəsində uşaqlara peşəkar aktyorlar tərəfindən əyləncəli proqramlar təqdim olunub, məntiqi müsabiqələr keçirilib.

Sonda şagirdlərə məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.