Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanlı alim beynəlxalq konfransda məruzə ilə çıxış edib
14.09.2017 15:09
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq konfransda məruzə ilə çıxış edib

11-12 sentyabr 2017-ci il tarixlərində Ukraynanın Odessa şəhərində yerləşən Seleksiya-Genetika İnstitutunda “Kənd təsərrüfatı bitkilərinin genomika və biokimyası” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə ölkəmizi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov təmsil edib. O, konfransın plenar iclasında “Natrium xloridin müxtəlif konsentrasiyalarının buğda cücərtilərinin morfoloji və fotokimyəvi xüsusiyyətlərinə təsiri” mövzusunda məruzəsini təqdimş edib.

Azərbaycanlı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məruzə ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: