Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Botanika İnstitutu ABŞ-ın Botanika Bağları Cəmiyyəti ilə əməkdaşlıq edəcək
13.09.2017 13:17
  • A-
  • A
  • A+

AMEA Botanika İnstitutu ABŞ-ın Botanika Bağları Cəmiyyəti ilə əməkdaşlıq edəcək

AMEA Botanika İnstitutunda ABŞ-ın aparıcı botanika bağlarının təmsil olunduğu Botanika Bağları Cəmiyyətinin (BBC) nümayəndələri ilə görüş keçirilib.

BBC-nin aparıcı kuratorları - Peter Zale (Longwood Bağları), Vincent Marrocco (Morris Arboretum), Phil Douglas (Çikaqo Botanika Bağı), Matt Lobdell (Morris Arboretum Bağı) və Henrik Sjomanın (Gothenburg Botanika Bağları) iştirak etdikləri görüşdə iki qurum arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Azərbaycanın yabanı florasının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar, həmçinin əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edək ki, BBC ilə əməkdaşlıq haqqında memorandumu cari il avqust ayının 8-də bu qurumun kordinatoru, Dr. Andrey Bunting və Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə imzalamışlar. Memorandum botanika elminin gələcək inkişafı üçün geniş imkanlar açacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: