Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Pəncərələri günəş panellərinə çevirən şəffaf maye örtük yaradılıb
13.09.2017 11:08
  • A-
  • A
  • A+

Pəncərələri günəş panellərinə çevirən şəffaf maye örtük yaradılıb

ABŞ-ın "SolarWindow Technologies" startapı tərəfindən pəncərələr üçün maye örtük hazırlanıb. Yeni material pəncərələri elektrik enerjisi hasil edən günəş panellərinə çevirir.

igate.com.ua saytının məlumatına görə, şüşə və ya ikiqat plastik pəncərə sistemlərinin üzərinə çəkilən örtük quruduqdan sonra karbon materialı, hidrogen, azot və oksigendən ibarət nazik şəffaf plyonka yaradır. Bu örtükdən keçən günəş işığı elektrik enerjisi hasil edir.

"SolarWindow" şirkətinin baş direktoru Con Konklinin sözlərinə görə, "SolarWindow" adi günəş panelləri ilə müqayisədə şəffaf olduğundan elektrik enerjisinin hasili zamanı arxitekturanın gözəlliyini qoruyub saxlayır.

Sözügedən maye örtüyü ilk öncə böyük şəhər binaları və göydələnlərdə tətbiq etmək planlaşdırılır.

  • Paylaş: