Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Mingəçevir su anbarı vətəgə balıqlarının populyasiya strukturu və bioekoloji xüsusiyyətləri” kitabı çapdan çıxıb
11.09.2017 10:21
  • A-
  • A
  • A+

“Mingəçevir su anbarı vətəgə balıqlarının populyasiya strukturu və bioekoloji xüsusiyyətləri” kitabı çapdan çıxıb

AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi Mircəfər Seyid-Rzayevin “Mingəçevir su anbarı vətəgə balıqlarının populyasiya strukturu və bioekoloji xüsusiyyətləri” kitabı nəşr olunub.

Nəşr Mingəçevir su anbarının vətəgə balıqlarının populyasiya strukturu və bioekoloji xüsusiyyətlərinin öyrənilməsinə həsr edilib. Kitabda su anbarının yaranma tarixi, fiziki-coğrafi, hidroloji, hidrobioloji xarakteristikası haqqında ətraflı məlumatlar yer alıb, hövzənin balıq ehtiyatının artırılması üçün təkliflər irəli sürülüb.

Monoqrafiya hidrobioloqlar, ixtioloqlar, vətəgə balıqlarının növ müxtəlifliyi və bioekologiyası, eyni zamanda, balıqartırma ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: