Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim ilk dəfə ekoloji kənd təsərrüfatı sahəsində beynəlxalq müsabiqənin qalibi olub
11.09.2017 10:29
  • A-
  • A
  • A+

Azərbaycanlı alim ilk dəfə ekoloji kənd təsərrüfatı sahəsində beynəlxalq müsabiqənin qalibi olub

Almaniyanın Legau şəhərində beynəlxalq “One World Award” (“Vahid Dünya Mükafatı”) müsabiqəsinin qaliblərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Müsabiqənin qaliblərindən biri azərbaycanlı torpaqşünas alim, Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru, kənd təsərrüfatı elmləri doktoru, professor Amin Babayevdir. Alim son 20 ildə ekoloji kənd təsərrüfatı sahəsinin ölkəmizdə təşviqi və tətbiqinin elmi əsaslarının işlənilməsinə, hüquqi bazasının və informasiya-məlumat bankının yaradılmasına, həmçinin yüksəkixtisaslı kadrların hazırlığına verdiyi töhfələrə görə müsabiqənin qalibləri arasında yer alıb.

Mükafatı professor A.Babayevə Almaniyanın İqtisadi inkişaf naziri Dr.Gerd Müller təqdim edib. 

Qeyd edək ki, OWA müsabiqəsinin davamı olaraq 9-12 sentyabr tarixlərində Legau şəhərində Dünya Kənd Təsərrüfatı Festivalı keçirilir. Festivalda Azərbaycanda istehsal olunan ekoloji təmiz məhsulların stendi nümayiş etdirilməklə yanaşı, ekoloji kənd təsərrüfatının inkişafına dair elmi metodiki materiallar, ekoloji məhsulların istehsalçıları və emalı ilə məşğul olan şirkətlər barədə məlumatlar təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: