Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

07.03.2014 00:00
  • A-
  • A
  • A+

“Nikon instruments” şirkətinin nümayəndələri ilə görüş keçirilib

“Nikon instruments” şirkətinin nümayəndələri ilə görüş keçirilib

AMEA Fiziologiya İnstitutunda “Müasir mikroskopiya və bioloji obyektlərin müasir tədqiqat metodları” mövzusunda seminar keçirilib. Məqsəd fizioloji tədqiqatlarda müasir cihazlardan istifadə, onların tətbiqi yolları və imkanlarını araşdırmaqdır. Bu məqsədlə ”Nikon instruments” şirkətinin Kiyev və Moskva ofisinin nümayəndə heyəti instituta dəvət edilib.

Cihazların iş prinsipləri haqqında məlumat verən şirkətin mikroskopiya üzrə mütəxəssisi Boris Klyuç cihaz vasitəsilə molekulyar səviyyədə ümumi tədqiqatların aparılmasının mümkünlüyünü vurğulayıb. B.Klyuçun sözlərinə görə, bu cihazların köməyi ilə hüceyrə kulturasında (sinir hüceyrələri, kök hüceyrələri) funksional göstəricilərin formalaşması, morfoloji yetişkənliyi tədqiq və müşahidə olunur.

Cihazın texniki imkanları haqqında məlumat verən institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, baş elmi işçi Afiq Qazıyev gələcək tədqiqatlarda qurğulardan istifadənin üstünlüklərindən danışıb. Bildirib ki, fiziologiya elminin fundamental sahələri daha dərin və kompleks tədqiqat metodlarının və adekvat cihazların istifadəsini tələb edir. Onlardan istifadə elm sahəsində dəqiq məlumatların əldə edilməsində mühüm rol oynayır.

Sonda orta qabarıqlı (stolüstü) “Biostansiya” cihazı və “Konfokal mikroskop”un iş prinsipi, tədqiqat imkanları və s. haqqında materialar nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: