www.science.az
07.09.2017 16:22

Azərbaycan alimlərinin elmi işi Rusiyada mükafata layiq görülüb

Rusiya Energetika Nazirliyinin dəstəyi ilə keçirilən "2017-ci ildə Arktikanın və qitə şelfinin mənimsədilməsinə və inkişafına yönəlmiş beynəlxalq elmi, elmi-texniki və innovativ inkişaf müsabiqəsi"nin nəticələri açıqlanıb. Nəticələrə görə, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun "Arktika regionlar üçün seysmomüdafiənin dayanıqlı sistemlərinin uyğunlaşması" elmi işi laureatlar sırasında yer alıb.

Layihənin hazırlanmasında institutun direktoru, akademik Telman Əliyev, texnika elmləri doktorları Elçin ƏliyevQəmbər Quliyev iştirak ediblər.

Qeyd edək ki, 2017-ci ilin müsabiqəsinə 68 təşkilatdan 102 elmi iş təqdim olunub. Bütün işlər Rusiya Federasiyasının Arktika zonasının inkişafına yönəldilib.

Müsabiqə laureatlarının mükafatlandırılması sentyabrın 12-də Rusiya Arktikasının və MDB ölkələrinin – “RAO/CIS Offshore-2017” qitə şelfinin neft və qazın inkişafı üzrə beynəlxalq konfrans və sərgisinin rəsmi açılışında keçiriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.