www.science.az
07.03.2014 00:00

AMEA Gənc alim və mütəxəssislər şurası Mikrobiologiya İnstitutu və Mərkəzi Nəbatat Bağında gənc alimlərlə görüş keçirib

Akademiyanın institut və təşkilatlarında çalışan gənc alim və mütəxəssislərin fəaliyyəti, onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmaq, mövcud problemləri dinləmək məqsədilə monitorinqlərə başlayan AMEA Gənc alim və mütəxəssislər şurasının üzvləri Mikrobiologiya İnstitutu və Mərkəzi Nəbatat Bağında olublar.

AMEA Gənc alim və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanovun rəhbərliyi ilə keçirilən görüşdə institutlarda Şuranın fəaliyyəti üçün xüsusi otağın təşkili, müasir informasiya texnologiyaları ilə təchizatı, Şura sədrinin institutun Elmi Şurasında təmsil olunması, institutun gənc mütəxəssislərinin fəaliyyəti üçün mövcud şərait və s. məsələlər ətrafında müzakirələr aparılıb.

Şura üzvləri, həmçinin Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov və Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Vahid Fərzəliyevlə də görüşüblər, gənc alimlərin üzərinə düşən vəzifələrdən söhbət açılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.