www.science.az
05.09.2017 16:47

Neft-Kimya Prosesləri İnstitutunun alimlərinin yaratdığı yeni gübrə yüksək nəticələr verib

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Şamaxıda “Azqranat” MMC şirkətinin rəhbərliyi ilə görüşüb.

Görüş zamanı şirkətin 10 hektar üzüm sahəsində institutun yeni yaratdığı kompleks gübrənin sahə sınaqlarının nəticələri yoxlanılıb və müzakirə olunub.

Türkiyəli aqronom mütəxəssis Metin Altının sözlərinə görə, gübrənin verildiyi sahədən uğurlu nəticələr gözlənilir. Belə ki, hər hektardan 20-22 ton yüksək şəkərlikli üzüm əldə ediləcəkdir. Adi gübrələr istifadə edildikdə isə şəkərlilik maksimum 18 olur və hər hektardan 15-16 ton üzüm əldə olunur.

Şirkətin rəhbərliyi bildirib ki, növbəti ildən üzüm əkilmiş bütün sahələrdə bu gübrənin geniş istifadəsi haqqında qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.