Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yeni günəş batareyalarının hazırlanmasında həşəratların göz formasından istifadə olunub
05.09.2017 14:56
  • A-
  • A
  • A+

Yeni günəş batareyalarının hazırlanmasında həşəratların göz formasından istifadə olunub

ABŞ-ın Stenford Universitetinin alimləri yeni günəş batareyaları hazırlayıblar. Onlar həşəratların mürəkkəb quruluşa malik gözlərindəki mikrolinzalara oxşar günəş elementlərinin dizaynından istifadə ediblər.

www.fainaidea.com saytının məlumatına görə, yeni texnologiya günəş panellərinin hazırlanmasında “perovskit” adlı mineraldan istifadə ilə bağlı problemlərin öhdəsindən gəlməyə kömək edəcək.

Günəş panellərinin əksəriyyəti yastı formadadır, lakin “perovskit”lər əsasında günəş batareyaları üçün bu qəbuledilməzdir. Bu səbəbdən alimlər həşəratların göz formasından istifadə etməyə qərar veriblər. Yeni texnologiyanın sayəsində “perovskit” əsasında olan günəş elementi 85 dərəcə istiyə və altı həftə ərzində 85 faiz nisbi rütubətə davam gətirə biləcək.

  • Paylaş: