Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.09.2017 11:06
  • A-
  • A
  • A+

Kanadanın Ontario əyalətinin tədqiqat, innovasiya və elm naziri AMEA Yüksək Texnologiyalar Parkında olub

Kanadanın Ontario əyalətinin tədqiqat, innovasiya və elm naziri AMEA Yüksək Texnologiyalar Parkında olub

Kanadanın Ontario əyalətinin tədqiqat, innovasiya və elm naziri Reza Moridinin başçılıq etdiyi nümayəndə heyəti AMEA Yüksək Texnologiyalar Parkında (YTP) olub.

Texnoparkın ərazisi ilə tanış olan qonaqlara burada yaradılan şərait, potensial rezidentlərin fəaliyyəti barədə məlumat verilib. Daha sonra AMEA-nın Təcrübə-Sənaye Zavodu və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib. Qonaqlar AMEA YTP-nin mərkəzləşdirilmiş analitik laboratoriyası, pilotsuz uçan aparatların istehsal sahələri və radio ekoloji monitorinq sistemi ilə də tanış olublar. 

YTP-nın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev ölkəmizdə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, bu sahədə həyata keçirilən layihələr elmtutumlu iqtisadiyyatın inkişafına təkan verir və innovasiya, yüksək texnologiyaların istehsalata tətbiqini genişləndirir. Rəhbərlik etdiyi texnoparkın biznes təfəkkürü və innovativ düşüncənin inkişafına töhfə verdiyini söyləyən V.Babayev bu elmi qurumda elm və kommersiyanın inteqrasiyası, biliklər iqtisadiyyatının formalaşması istiqamətində kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb. 

Reza Moridin AMEA YTP ilə səmərəli əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb. O, gələcəkdə Ontario əyalətinin universitetləri və texnoparkları ilə birgə innovativ layihələrin, konfrans və simpoziumların həyata keçirilməsinin zəruriliyini qeyd edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: