Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İrs” jurnalında AMEA-nın müxbir üzvü Rafael Hüseynovun Novruz bayramına həsr edilmiş məqaləsi dərc edilib
06.03.2014 00:00
  • A-
  • A
  • A+

“İrs” jurnalında AMEA-nın müxbir üzvü Rafael Hüseynovun Novruz bayramına həsr edilmiş məqaləsi dərc edilib

Azərbaycanın müasir dövrdə dünya ölkələri sırasında tutduğu yeri, iqtisadi yüksəlişlərini, siyasi uğurlarını, mədəni tərəqqisini təbliğ etmək məqsədilə bir çox dünya dillərində nəşr edilən “İrs” jurnalının ingilis dilində olan yeni buraxılışı işıq üzü görüb.

“İrs Heritage” adlı yeni buraxılışda AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynovun Novruz bayramına həsr edilmiş məqaləsi dərc edilib.

“Günəşin, torpağın və ürəklərin bayramı - Novruz” adlanan məqalədə ingilis dilində Novruz bayramının tarixi, mahiyyəti, adət-ənənələri haqqında oxuculara geniş məlumat verilib. Məqalədə bildirilib ki, Azərbaycan tolerant bir ölkədir, Azərbaycanda müxtəlif xalqların, dinlərin nümayəndələri mehriban yaşayır və Novruzun təbliğ etdiyi əsas ideyalardan biri də məhz bu amaldır.

Qeyd edək ki, xarici ölkələrdəki Azərbaycan səfirlikləri vasitəsi ilə yayılan ingilisdilli “İrs” jurnalının bu buraxılışı 50-dən artıq ölkəyə göndəriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: