Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın vitse-prezidenti İtaliyada keçirilən  Kataliz üzrə 13-cü Avropa Konqresində iştirak edir
29.08.2017 09:29
  • A-
  • A
  • A+

AMEA-nın vitse-prezidenti İtaliyada keçirilən Kataliz üzrə 13-cü Avropa Konqresində iştirak edir

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev avqustun 26-dan İtaliyada elmi ezamiyyətdədir. O, Florensiya şəhərində keçirilən Kataliz üzrə 13-cü Avropa Konqresində iştirak edir.

Ayrı-ayrı ölkələrdən alim və mütəxəssislərin qatıldıqları beynəlxalq tədbirdə müasir kimyanın aktual problemləri, eləcə də elektrokimya və kataliz sahəsində hazırda aparılan işlərin kimya sənayesinin müxtəlif sahələrində tətbiqinə dair məruzələr dinlənilir, müzakirələr aparılır.

Konqres sentyabrın 2-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: