www.science.az
06.03.2014 00:00

Azərbaycan Vikipediyaçılarının I Milli Forumu keçiriləcək

Martın 10-da saat 10:00-da Park Inn otelində Azərbaycan Vikipediyaçılarının I Milli Forumu keçiriləcək.

Forumun məqsədi Azərbaycan informasiya resurslarının Vikipediyada mövcud durumu ətrafında fikir mübadiləsinin aparılması, Vikipediyanın inkişafı istiqamətində Fəaliyyət Planının hazırlanması, Azərbaycan dilində Vikipediyanın inkişafını təmin etmək üçün təkliflər paketinin hazırlanması, problemlərin və onların həlli yollarının müzakirəsidir.

Qeyd edək ki, Vikipediya dünyanın ən böyük açıq onlayn ensiklopediyasıdır. Bu layihədə 287 dildə 30 milyondan çox ensiklopedik məqalə vardır. Azərbaycandilli Vikipediyada isə məqalələrin sayı hazırda 98 000-dir.

Forumda iştirak etmək istəyənlər www.wikimedia.az saytında qeydiyyatdan keçə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.