www.science.az
24.08.2017 11:00

İbrahim Tahir Musayevin seçilmiş qəzəllər toplusu çapdan çıxıb

XIX əsrin sonu - XX əsrin birinci yarısında yaşamış, Qarabağ ədəbi mühitinin yetirməsi, zəngin bədii yaradıcılığa malik şair İbrahim Tahir Musayevin seçilmiş qəzəllər toplusu “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Şairin nəvəsi Akif Quliyevin tərtib edib nəşrə hazırladığı bu kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.

Qeyd edək ki, XIX əsr Qarabağ ədəbi mühitində böyük nüfuza malik olan Mir Möhsün Nəvvab “Təzkireyi-Nəvvab” əsərində şeir-sənət ocağı Şuşa şəhərində dünyaya gəlmiş şairi şəxsən tanıdığını, onun “Tahir” təxəllüsü ilə şeirlər yazdığını qeyd edib. Gəncliyində ticarətlə məşğul olan İ.Tahir XX əsrin əvvəllərində Bakıda nəşr olunan əksər qəzet və jurnallarda ardıcıl olaraq şeirləri və publisist məqalələri ilə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.