www.science.az
23.08.2017 12:52

Amerikalı alimlər istifadə müddəti bitmiş məhsulları müəyyən edən etiketlər hazırlayıblar

Amerikalı alimlər qida məhsulları və kosmetik vasitələrin yararlılıq müddətini müəyyən edən etiketlər hazırlayıblar.

mir24.tv saytı xəbər verir ki, etiketlər xüsusi maddə ilə işlənmiş kağızdan hazırlanıb. Bu maddə potensial təhlükəli kimyəvi birləşmələrlə qarşılıqlı təsir zamanı rəngini dəyişir. İxtiraçı Silvana Andresku bildirib ki, bu etiketləri müxtəlif məqsədlər, eləcə də qidada olan təhlükəli bakteriyaların aşkarlanması üçün istifadə etmək olar.

Etiketlərin sınaqdan keçirilməsi zamanı alimlər onların köməyi ilə kif göbələklərinin istehsal etdiyi, taxıl və qəhvədə tez-tez rast gəlinən zəhərli okratoksin A maddəsinin mövcudluğunu aşkar ediblər. Alimlər ümid edirlər ki, etiketlər bağırsaq çöpü, salmonella və digər təhlükəli mikroorqanizmləri aşkar edə biləcək.