www.science.az
22.08.2017 10:38

“Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” adlı monoqrafiya rus dilində çapdan çıxıb

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” adlı monoqrafiyası rus dilində çapdan çıxıb.

Azərbaycan folklor nümunələri əsasında yazılan monoqrafiya xalq gülüşünün genezisindən və poetikasından bəhs edir. “Gülüş” anlayışı bu əsərdə sistemli şəkildə folklor nümunələri üzrə araşdırılıb.

Nəşrin redaktoru Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Sara Osmanlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.