www.science.az
21.08.2017 16:48

Yaponiyada ilk dəfə okean axınlarından elektrik enerjisi alınıb

Yaponiyanın “IHI Corporation” şirkəti və Yeni Energetikanın və Sənaye Texnologiyalarının İnkişafı Təşkilatı birlikdə dünyada ilk dəfə okean axınlarından istifadə etməklə elektrik enerjisinin istehsalına imkan yaradan avadanlığı sınaqdan keçiriblər.

https://news.sputnik.ru saytı xəbər verir ki, Kuçinoşima adasının yaxınlığında keçirilən sınaq zamanı Kuroşio axını rayonunda 20-50 metr dərinlikdə metal silindrlərdən ibarət avadanlıq yerləşdirilib. Təqribən 20 metr uzunluğunda silindrlərdən ikisinin kənarında hər biri 11 metr diametrə malik kürəklərlə təchiz edilmiş iki generator quraşdırılıb. Sınaq zamanı mütəxəssislər 30 kilovat gücündə elektrik enerjisi əldə ediblər.

Yeni qurğudan 2020-ci ildən başlayaraq istifadə olunacağı gözlənilir.