Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Cavid irsi tələbələr arasında təbliğ edilir
21.08.2017 14:22
  • A-
  • A
  • A+

Cavid irsi tələbələr arasında təbliğ edilir

AMEA Hüseyn Cavidin Ev Muzeyində tələbələr üçün böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığına həsr edilmiş “Açıq dərs” təşkil olunub.

Bakı Dövlət Universiteti, Fransa-Azərbaycan Universiteti və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci tələbələrinin iştirak etdikləri tədbirdə Cavidin zəngin ədəbi irsi, Cavidlər ailəsi, şairin ölməz əsərlərinin (“Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” və s.) əhəmiyyəti haqqında ətraflı məlumatlar verilib.

Eyni zamanda, tələbələr muzeydəki eksponatlarla yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: