www.science.az
18.08.2017 14:59

Alimlər 100 mikrometrlik “laboratoriya” çap ediblər

ABŞ-ın Briqam Yanq Universitetinin alimləri xüsusi printer vasitəsilə kimyəvi analizlər üçün nəzərdə tutulmuş 100 mikrometrlik (0,1 mm) mükəmməl “laboratoriya” çap ediblər. 

Mikromaye qrupuna aid edilən bu mikroçip əsl kimyəvi laboratoriya hesab olunur. Belə ki, devaysın içinə yerləşdirilən mikroskopik kanalların köməyi ilə müxtəlif analizləri aparmaq mümkündür.

Bu cür kiçik ölçüsü olan laboratoriyaların yaradılması tibbin diaqnostika sahəsi üçün çox əhəmiyyətlidir. Belə cihazları insan orqanizminə daxil edərək lazımi parametrləri ölçmək mümkündür. Bundan əlavə, həmin mikrolaboratoriyalar miniatyur robotların funksionallığını da artırır. Bu miniatür çipi hazırlamaq üçün alimlər tərəfindən əsasını 385-nanometrlik işıq diodlu lampa təşkil edən unikal 3D-printer yaradılıb.

Qeyd edək ki, ultrabənövşəyi şüaları özünə daha yaxşı hopduran yeni 3D-printer bir çipi cəmi 30 dəqiqə ərzində steril şərait olmadan belə çap edə bilir.

www.hi-news.ru