Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Albaniya dövrü tariximizə dair yeni nəşr
16.08.2017 15:12
  • A-
  • A
  • A+

Albaniya dövrü tariximizə dair yeni nəşr

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Mübariz Xəlilovun “Albaniyanın tarixi, etno-mədəni hüdudları: qərb istiqaməti” kitabı Azərbaycan, rus, ingilis dillərində çapdan çıxıb. Yeni nəşrdə tariximizin antik və ilk orta əsrlər dövrü barədə məlumat yer alıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə nəşri olan kitabın yazılmasında əsas məqsəd Azərbaycan tarixinə dair geniş oxucu auditoriyasının bilik, məlumat dairəsini genişləndirməkdir. Elmi-populyar üslubda qələmə alınan bu əsər Albaniya dövlətinin tarix və mədəniyyətinin öyrənilməsi, ölkə vətəndaşlarının tarixi keçmişimizə dair biliklərinin artırılması, qədim dövrlərə aid abidələrimizlə tanışlıq baxımından əhəmiyyətlidir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: