Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Şəffaflığı bir dəqiqəyə dəyişdirilə bilən “ağıllı” pəncərələr yaradılıb
16.08.2017 12:18
  • A-
  • A
  • A+

Şəffaflığı bir dəqiqəyə dəyişdirilə bilən “ağıllı” pəncərələr yaradılıb

Amerikalı alimlər günəş işığının qarşısını alan şüşənin yaradılması üçün yeni texnologiya təklif ediblər.

naked-science.ru saytı xəbər verir ki, Maykl Makqinin rəhbərliyi ilə ABŞ-ın Stenford Universitetinin alimləri tərəfindən düzəldilmiş "ağıllı" pəncərələr bir dəqiqə ərzində şəffaf vəziyyətdən tutqun vəziyyətə və əksinə keçmək qabiliyyətinə malikdir. Belə şüşə platin nanozərrəciklərlə aşkarlanmış və mis ionlarının mənbəyi ilə birləşdirilmiş elektrik keçirici və şəffaf indium oksid-qalaydan hazırlanır.

Alimlərin sözlərinə görə, laboratoriyada işlək prototip heç bir deqradasiyaya uğramadan ümumilikdə 5500 dəfə bir vəziyyətdən başqa vəziyyətə keçib.

  • Paylaş: