www.science.az
15.08.2017 16:27

Tailand Krallığının şahzadəsi Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib

Ölkəmizdə səfərdə olan Tailand Krallığının şahzadəsi Maha Çakri Sirindhorn və Krallığın nümayəndələri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Muzeyin Elmi ekskursiya və sərgilərin təşkili şöbəsinin əməkdaşı, t.ü.f.d. Səidə Həmzəbəyova qonaqlara Azərbaycan tarixinin müxtəlif dövrləri barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Şahzadə muzeyə özünün müəllifi olduğu “Gözəlliklər yolunda” (“Along the way of splendour”) kitabını hədiyyə verib.

Sonra qonaqlar muzeyin eksponatları ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.