www.science.az
14.08.2017 09:36

Avqustun 21-də tam Günəş tutulması baş verəcək

Avqustun 21-də tam Günəş tutulması baş verəcək. Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək. Bu nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biləcəklər.

www.bbc.com saytının məlumatına görə, ilk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edəcək Günəş tutulmasına “Böyük Amerika tutulması” adı verilib. 

Növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur.