Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Neft-Kimya Prosesləri İnstitutu ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
11.08.2017 14:40
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutu ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosasiyası (ANİİA) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumda ölkəmizdə nar meyvəsinin yetişdirilməsində gübrə və dərimanlarda xaricdən idxaldan asılılığı azaltmaq məqsədi ilə qeyd olunan məhsulların NKPİ rəhbərliyi ilə istehsalının təşkili, nar qabığı və tumundan farmokologiya, kosmetologiya və digər istehsalat sahələrində tətbiqi mümkün olan yeni məhsulların alınması, alınan məhsulların  qeydiyyatı və istehsalı üçün bu sahədə əməkdaşlığın genişləndirilməsi, həmçinin beynəlxalq ekspertlərin iştirakı ilə konfrans, simpozium, sərgi və mütəxəssislər arasında təcrübə mübadiləsi də daxil olmaqla digər tədbirlərin təşkili nəzərdə tutulur.

Sənədi NKPİ-nin direktoru, akademik Vaqif Abbasov və ANİİA-nın icraçı direktoru Vaqif Tağıyev imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: