www.science.az
09.08.2017 15:34

Lerik rayonunda antik dövrə aid yeni tapıntılar aşkarlanıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun amerikalı arxeoloqlarla birgə Lerik rayonunun Gürdəsər kəndi ərazisində apardığı tədqiqatlar zamanı e.ə. V əsrə aid olduğu bildirilən qəbiristanlıq və yaşayış yeri aşkarlanıb.

Ekspedisiyanın rəhbəri, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli ərazidə artıq altı ildir ki, tədqiqat işlərinin aparıldığını bildirib. O, son tədqiqatlar zamanı təpənin qayalıq hissəsində qəbiristanlığın daha erkən nümunələrinin sıx şəkildə müşahidə olunduğunu söyləyib.

C.Eminlinin sözlərinə görə, qəbirlərdə antik dövrə aid silahlar, muncuq bəzək əşyaları və saxsı məişət əşyaları vardır. Aşkar edilən maddi-mədəniyyət nümunələrində həmin dövr imperiyalarının mədəni təsiri izlənilməkdədir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.