Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Xəzər adalarında ilk dəfə elmi tədqiqatlar aparılacaq
09.08.2017 10:26
  • A-
  • A
  • A+

Xəzər adalarında ilk dəfə elmi tədqiqatlar aparılacaq

AMEA tərəfindən Xəzər adalarında ilk dəfə elmi tədqiqatlar aparacaq.

Tədqiqatlar zamanı Neft və Qaz İnstitutu adalarda torpaq əmələgəlmə prosesini, vulkanizmi, Zoologiya İnstitutu isə adaların flora, fauna və landşaftlarını öyrənəcək. Tədqiqatlara ilkin olaraq Çilov adasından başlanılıb. Eyni zamanda, Kür dili, Xərə Zirə, Böyük Tava, Kiçik Tava, Gil adalarında tədqiqatların davam etdirilməsi nəzərdə tutulub. Ekspedisiya iki il davam edəcək. On iki nəfərlik ekspedisiya qrupuna geoloqlar, torpaqşünaslar, landşaftşünaslar, geobotaniklər daxildir.

Xatırladaq ki, bu adaların 80 faizi vulkan mənşəlidir. Müvafiq təşəbbüs həyata keçirilərkən ilk dəfə dron aparatından istifadə ediləcək. Belə ki, dron vasitəsilə ərazinin monitorinqi aparılacaq, bitki aləmi, heyvan və quşların sayı öyrəniləcək. Xəzərdə ilk dəfə aparılan bu tədqiqat AMEA-nın tarixində böyük və tarixi hadisədir. Xəzər adalarının fauna və florası demək olar ki, indiyədək heç vaxt öyrənilməyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: