Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.08.2017 16:54
  • A-
  • A
  • A+

AMEA Şəki Regional Elmi Mərkəzi Özbəkistan Təbii Liflər Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək

AMEA Şəki Regional Elmi Mərkəzi Özbəkistan Təbii Liflər Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək

AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü, mərkəzin Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Qüdürət Bəkirov və Molekulyar biofizika şöbəsinin elmi işçisi Yevgeniya Bəkirova Özbəkistanın Margilan şəhərində keçirilən “Elmi inteqrasiyanın əhəmiyyəti və toxuculuq sənayesi müəssisələrində istehsalın təşkili prosesində aktual məsələlərin həlli” mövzusunda VI beynəlxalq elmi-texniki konfransda iştirak ediblər.

Özbəkistan Təbii Liflər Elmi Tədqiqat İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfransda ipəkçiliyin yenidən əsaslı surətdə bərpası və inkişafı yollarının araşdırılması, ipəkçilikdə müasir innovativ texnologiyaların tədbiqi, bitki və zülal mənşəli liflərin bitkilərdən alınan ekoloji təmiz boyaqlarla boyanması üsulu və bu texnologiyaların işlənib hazırlanması və digər mövzularda müzakirələr aparılıb.

Tədbirdə Polşa, Koreya, Yaponiya, Çin, Rusiya, Tacikistan, Hindistan, və digər ölkələrin təbii lifləri öyrənən aparıcı mütəxəssisləri, tanınmış ipəkçi alimləri istirak ediblər.

Konfransın işi “İpək texnologiyası”, “Toxuculuq materiallarının texnologiyası” və “Toxuculuq kimyası, nəzəriyyəsi və iqtisadiyyatı” bölmələri üzrə aparılıb. Beynəlxalq tədbirdə Y.Şükürlü “Biosintez prosesində fibroinin miqdarının artırılması perispektivləri” , Y.Bəkirova isə “İpəkçiliyin inkişafı və ipəyin emalı” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda Özbəkistan Təbii Liflər Elmi Tədqiqat İnstitutu ilə AMEA Şəki Regional Elmi Mərkəzi arasında ipəkçilik sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: