Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Gözlərin köməyi ilə kompüteri idarə etmək mümkün olacaq
03.08.2017 09:31
  • A-
  • A
  • A+

Gözlərin köməyi ilə kompüteri idarə etmək mümkün olacaq

"Windows 10" əməliyyat sistemində tətbiq ediləcək "Eye Control" funksiyası onurğa sütunu xəstəliklərindən əziyyət çəkən istifadəçilərə kompüteri idarə etməyə kömək edəcək. 

"Eye Control" dəstindən bir sıra funksiyalar mausu, digərləri isə klaviaturanı əvəz etmək üçün nəzərdə tutulub. "Shape-writing" adlı yeni tanıma üsulu mətni gözlərin hərəkəti ilə sürətli daxil etməyə imkan verir: virtual klaviaturaya baxan istifadəçi öz baxışını sözün birinci hərfinin üzərində saxlayır, bundan sonra gözü ilə növbəti simvolları bir-bir daxil edir.

Həmçinin "Eye Control"  istifadəçilərinə əlçatan olan xatırlatmalar sayəsində mətnin göz ilə daxil edilməsi prosesi daha da asanlaşır.

"Windows 10" sistemində yeni funksiyalardan istifadə etmək üçün "Tobii" şirkətinin "Eye Tracker 4C" kontroller-kamerasını əldə etmək lazımdır.

cnews.ru

  • Paylaş: