www.science.az
01.08.2017 09:30

Antarktika bitkiləri insanları ultrabənövşəyi şüalardan qoruyacaq

Çili bioloqları Antarktika ərazisində rast gəlinən bitkilərdə ortadalğalı ultrabənövşəyi şüaların təsirinə davamlı molekullar aşkar ediblər.

De Santyaqo De Çili Universitetinin alimləri Antarktikada yetişən çiçəkli bitkilərin “Colobanthus quitensis” və “Deschampsia antarctica” adlı iki növünün üzərində tədqiqatlar aparıblar və nəticədə məlum olub ki, hər iki bitki çox intensiv ultrabənövşəyi şüalanmaya tab gətirə bilir.

Alimlər bu bitkilərin, xüsusilə də, Colobanthus quitensisin tərkibində superoksiddismutaz və perosidaz adlı antioksidan fermentlər aşkar ediblər.

Tədqiqatçıların sözlərinə görə, əldə etdilmiş nəticələr günəş şüalarından qorunma kremlərinin istehsalı və ultrabənövşəyi şüalara davamlı bitki növlərinin becərilməsində istifadə edilə bilər.

www.news.rambler.ru