Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Bağbanlar üçün faydalı vəsait
01.08.2017 10:19
  • A-
  • A
  • A+

Bağbanlar üçün faydalı vəsait

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyevin “Bağbanın konspekti” kitabı çapdan çıxıb.

Kitab landşaft memarlığı sahəsində çalışan mütəxəssislərə, bitkilərin becərilməsi ilə məşğul olan bağbanlara, təbiət və gülçülük həvəskarlarına lazımi bilgilər verir. Müəllif kitabda özünün əldə etdiyi bilik və təcrübəni də bölüşür, bitki həvəskarlarını maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirir.

Kitabda bitkilərin becərilmə prinsipləri, onların üzərində aparılan əməliyyatlar, dekorativ bitkilərə göstərilən aqrotexniki quluq qaydaları və s. barədə də ətraflı məlumatlar var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: