www.science.az
28.07.2017 11:18

Alimlər "sınmış" ürəklər üçün bioloji yapışqan yaradıb

Amerikalı alimlər "sınmış" ürəklər üçün möhkəm bioloji yapışqan yaradıb. Yaş səthlərə asanlıqla yapışan bu biomaddə nəinki zədələnmiş ürək əzələsini, həm də digər insan orqanizminin toxumalarını birləşdirmə bacarığına malikdir.

Yaradıcıların sözlərinə görə, adi ilbizdən alınan maddə əsasında hazırlanan yapışqan yaraların müalicəsi və cərrahiyyə əməliyyatlarının aparılmasında istifadə ola bilər. Yapışdırıcı səth və hidrogel təbəqələrindən ibarət olan bu tibbi yapışqan zədələnmiş toxumaların üzərinə adi plastır kimi qoyulur.

Yüksək möhkəmliyə malik bioyapışqan bükülmə və dartılma kimi hərəkətlərə davam gətirə bilir.

Elmi araşdırmalar göstərib ki, tibbi müdaxilə zamanı yamaq kimi istifadə olunan yeni yapışqan reaksiya, qıcıqlanma və digər mənfi fəsadlar doğurmur.

 www.actualnews.org