Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şəki Regional Elmi Mərkəzi tərəfindən yeni kitab işiq üzü görüb
05.03.2014 00:00
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzi tərəfindən yeni kitab işiq üzü görüb

AMEA Şəki Regional Elmi Mərkəzi (ŞREM) tərəfindən görkəmli dövlət xadimi, alim və yazıçı “Məhəmmədəmin Darğazadənin (1854-1925) Seçilmiş Əsərləri” adlı kitab nəşr olunub. Əsas məqsəd xaricdə yaşayıb fəaliyyət göstərmiş Azərbaycan ziyalılarının ölkə ictimaiyyətinə tanıdılmasıdır.

Kitaba M.Darğazadənin iki elmi əsəri - “İpək böcəkləri” və “Müsəvvər tərifi üməm” daxil edilib. Hər iki əsərin dili orijinalda olduğu kimi saxlanılmaqla, kitaba lüğət və şərhlər də əlavə olunub.

M.Darğazadə Şəkidə doğulmuş və 9 yaşından etibarən 6 il Fransada təhsil almış, sonralar Osmanlı Sarayında ikinci mabeynçi, Soltan Vəhidəddin dönəmində isə Özəl Padşahlıq xəzinəsinin rəhbəri kimi yüksək vəzifələr tutmuşdur.

Kitabın tərtibçisi Şəki Regional Elmi Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru, professor Zəkəriyyə Əlizadə, elmi redaktoru mərkəzin əməkdaşı, professor Ədalət Tahirzadə, ərəb qrafikasından transfonoliterasiya edən isə AMEA Əlyazmalar İnstitutunun əməkdaşı Briliant Hacılıdır.

Qeyd edək ki, bu kitab M.Darğazadənin Azərbaycanda nəşr olunan ilk kitabıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: