Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Tarix İnstitutunda attestasiya ilə bağlı Elmi Şuranın iclası keçirilib
05.03.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Tarix İnstitutunda attestasiya ilə bağlı Elmi Şuranın iclası keçirilib

AMEA Tarix İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən iclasda elmi işçilərin attestasiyası ilə bağlı məsələ müzakirə olunub.

Tədbirdə AR Nazirlər Kabinetinin 2013-cü il 16 iyul tarixli 181 saylı “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsaslanaraq AMEA Rəyasət Heyətinin qəbul etdiyi 2013-cü il 25 dekabr tarixli qərarına uyğun olaraq, AMEA Tarix İnstitutunda çalışan elmi işçilərin attestasiyasının keçirilməsi üçün komissiya yaradılıb. Elmi işçilərin attestasiyası 2014-cü il aprelin 4-dən 25-dək olan müddət ərzində həyata keçiriləcək. Əməkdaşların attestasiyası zamanı onların 2009-2013-cü illərdəki elmi fəaliyyətlərinin nəticələri əsas götürüləcək.

Sonda Y.Mahmudov attestasiya ilə bağlı tövsiyyə və tapşırıqlarını verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: