Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Amerikalı alim Radiasiya Problemləri İnstitutunda hava keyfiyyətinin modelləşdirilməsi sahəsində məruzə ilə çıxış edib
20.07.2017 16:50
  • A-
  • A
  • A+

Amerikalı alim Radiasiya Problemləri İnstitutunda hava keyfiyyətinin modelləşdirilməsi sahəsində məruzə ilə çıxış edib

AMEA Radiasiya Problemləri İnstitutunda növbəti seminar keçirilib.

Seminarda Radiasiya Problemləri, Fizika institutlarının, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının və Müdafiə Sənayesi Nazirliyinin Ekologiya İnstitutunun əməkdaşları, həmçinin tələbə və magistrantlar  iştirak edib.

Seminarda Amerika Birləşmiş Ştatlarının  Milli Okean və Atmosfer  Administrasiyasının Qlobal Sistemlər Mərkəzinin Yer modelləşdirilməsi bölməsinin elmi əməkdaşı, Dr. Rəvan Əhmədov alimlərlə görüşub, laboratoriyalarda hava keyfiyyətinin tədqiqinə dair aparılmış tədqiqatlarla tanış olub.

Sonra alim “Hava keyfiyyətinin kompüter modelləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Dr. Rəvan Əhmədov öz məruzəsində hava keyfiyyətinin modelləşdirilməsi, emissiyaların havanın  keyfiyyət göstəricilərinə təsiri, təbii və texnogen qəzalar nəticəsində yaranan emissiyaların hava mühitində yayılması qanunauyğunluqları, çirkləndiricilərin insan sağlamlığına və ətraf mühitə təsiri haqqında ətraflı məlumat verib.

Sonda amerikalı alim seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb və ümumi maraq kəsb edən məsələlərin birgə tədqiq olunmasının məqsədəuyğunluğunu qeyd edib. Həmçinin uzun illər Radiasiya Problemləri İnstitutunda avtomobil emissiyalarının hava keyfiyyətinə təsirinin tədqiqi sahəsində alınan nəticələrin müasir modellərin tətbiqi ilə davam etdirilməsi və hava keyfiyyətinin idarə olunması üzrə birgə tədqiqatlar aparılması təklif olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: