AMEA-nın Biofizika İnstitutunun seminarı keçirilib.
Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov çıxış edərək seminarın mövzusu barədə iştirakçılara məlumat verib.
Daha sonra Kanadanın Toronto Universitetinin tələbəsi Xədicə Cəfərovanın “Kök hüceyrə mənşəli xərçəng” mövzusunda məruzəsi dinlənilib. X.Cəfərova hüceyrənin arestindən, hüceyrə siklində istifadə edilən bir sıra kinaza kaskadlarından, o cümlədən sikldən asılı olan kinaza və map kinaza genlərindən danışıb.
O, məruzəsində kök hüceyrə mənşəli xərçəng hüceyrələrinin metastaz (yayılma) mexanizminin açıqlamasını da verib.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.