Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim beynəlxalq simpoziumda məruzə ilə çıxış edib
11.07.2017 09:15
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

5-8 iyul 2017-ci il tarixlərində Belarusun paytaxtı Minsk şəhərində “SEAB-2017. Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium keçirilib.

Tədbir AMEA-nın Dendrologiya İnstitutu, Türkiyənin Pamukkale Universiteti, Belarus Dövlət Universiteti, Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

200-dən çox alimin iştirak etdiyi tədbirdə simpoziumun həmsədri, Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov “Abşeronun landşaft memarlığının biomüxtəlifliyi” mövzusunda məruzə ilə çıxış edib.

Ümumilikdə simpozumda Avrasiyada biomüxtəlifliyin mövcud vəziyyəti və zəngin irsinin qorunması mövzularında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: