Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan dilinin etnonimlər lüğəti” çapdan çıxıb
10.07.2017 14:42
  • A-
  • A
  • A+

“Azərbaycan dilinin etnonimlər lüğəti” çapdan çıxıb

AMEA-nın Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elmira Əhmədovanın “Azərbaycan dilinin etnonimlər lüğəti” adlı kitabı çap olunub.

Lüğətin redaktoru professor Qara Məşədiyev, rəyçiləri - filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hacıyeva və dosent Təhminə İsmayılovadır.

Kitabda ən məşhur etnosların adları tarixi mənbələr üzrə toplanıb, onların semantik və struktur tipləri araşdırılıb, yaranma və meydana gəlmə tarixləri müəyyənləşdiril­ib, onların yayılma arealları açıqlanıb.

Lüğətdə ümumilikdə 300-ə yaxın etnonim haqqında izahlı məlumat verilib. Həmçinin mənaları tam açılmayan etnonimlər də nəşrdə öz əksini tapıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: