www.science.az
10.07.2017 12:01

Elm Tarixi İnstitutunun direktoru “İlin nüfuzlu ziyalısı” Ali media mükafatına layiq görülüb

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna əsasən, “İlin nüfuzlu ziyalısı”Ali media mükafatına layiq görülüb.

Alim bu mükafatla Ümummilli lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsindəki fəaliyyəti, vətənə və xalqa layiqli xidmətlərinə görə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.