www.science.az
06.07.2017 10:07

Səudiyyə Ərəbistanının səfiri Şərqşünaslıq İnstitutunda olub

Səudiyyə Ərəbistanının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşdə qonaqlara elmi müəssisənin tarixi, strukturu və fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib. Ərəbşünaslıq sahəsində bir sıra aktual tədqiqatların aparıldığını deyən G.Baxşəliyeva Səudiyyə Ərəbistanının elm və təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığın hər iki tərəfə fayda verəcəyini söyləyib.

Səfir çıxışında institutda görülən işləri yüksək qiymətləndirib və səmərəli əməkdaşlıq üçün hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

Müsaid bin İbrahim əs-Süleym daha sonra müəssisənin ərəbşünas əməkdaşları ilə görüşüb. Azərbaycan – Səudiyyə münasibətlərindən danışan səfir elmi əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən söz açıb. O, daha sonra şərqşünas alimləri maraqlandıran sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.