Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

06.07.2017 09:49
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkı ilə Sankt-Peterburq Texnoparkı əməkdaşlıq edəcək

AMEA Yüksək Texnologiyalar Parkı ilə Sankt-Peterburq Texnoparkı əməkdaşlıq edəcək

AMEA Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev Rusiya səfəri çərçivəsində Sankt-Peterburq Texnoparkında olub.

Texnoparkın baş direktoru Andrey Sokolovla görüşdə iki qurum arasında əməkdaşlıq perspektivləri, həmçinin investisiya axınını genişləndirməyin vacibliyi barədə müzakirələr aparılıb.

A.Sokolov rəhbərlik etdiyi qurumun Rusiyada innovasiya ekosisteminin təkmilləşdirilməsi məqsədilə innovasiya yönümlü bütün layihələri dəstəklədiyini bildirib.

Daha sonra AMEA YTP ilə Sankt-Peterburq Texnoparkı arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd çərçivəsində tərəflər birgə elmi-texniki proqramlar, innovativ layihələr həyata keçirəcək, innovasiya və sənaye infrastrukturunun inkişafı sahəsində informasiya mübadiləsi aparacaqlar. 

Sonda V.Babayev texnoparkın Prototipləşdirmə və Virtual laboratoriya, həmçinin Regional Mühəndislik Mərkəzi ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.  

  • Paylaş: