www.science.az
03.07.2017 17:24

Türkiyəli qonaqlar Hüseyn Cavidin Ev Muzeyində olublar

İstanbul Azərbaycan Mədəniyyət Evinin nümayəndələri AMEA Hüseyn Cavidin Ev Muzeyində olublar.

Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı ilə görüşdə qonaqlara Hüseyn Cavidin həyat və yaradıcılığı barədə geniş məlumat verilib.

Daha sonra qonaqlar muzeydəki eksponatlarla tanış olublar.

Qeyd edək ki, iki qurum arasında əməkdaşlıq nəticəsində Hüseyn Cavid irsi Türkiyədə geniş şəkildə təbliğ olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.