www.science.az
30.06.2017 15:46

İctimai Elmlər Bölməsinin yarımillik hesabatı dinlənilib

İyunun 30-da AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirilib.

Tədbirdə bölmənin elmi tədqiqat müəssisələrinin yarımillik hesabatları müzakirə olunub.

İclasda çıxış edən bölmənin akademik-katibi, akademik Nərgiz Axundova hesabatların AMEA prezidenti, akademik Akif Əlizadənin 14 iyun 2017-ci il tarixli sərəncamı əsasında hazırlandığını söyləyib. Bildirib ki, hazırda İEB-in nəz­din­də 8 elmi-tədqiqat müəss­i­səsi, 1 muzey fəa­liy­­yət gös­tə­rir. Böl­mə Res­publika Elmi Tədqiqatların Təşkili və Əla­qə­lən­di­ril­məsi Şu­ra­sının 3 prob­lem şu­rasına kuratorluq edir.

Akademik N.Axundova qeyd edib ki, yarımillik hesabat dövründə bölmənin elmi tədqiqat müəssisələri tərəfindən 2 beynəlxalq konfrans, 1 beynəlxalq konqres və seminar, 10 respublika səviyyəli konfrans, həmçinin müxtəlif tədbirlər və kitab təqdimatları keçirilib. Alim 2017-ci il ərzində bölmə əməkdaşlarının 43 kitabının və 540 məqaləsinin nəşr edildiyini diqqətə çatdırıb.

N.Axundova yarımillik hesabat dövründə bölmənin müəssisələri tərəfindən ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”, “Milli İqtisadiyyat və İqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”, “İslam həmrəyliyi ili” və digər Dövlət Proqramlarına daxil olan tədbirlərin icra edildiyini bildirib.

Hesabat dinlənildikdən sonra təsdiq edilib.

Daha sonra AMEA-nın İqtisadiyyatElm Tarixi institutlarının Elmi şuralarının tərkibində və Qafqazşünaslıq İnstitutunun strukturunda qismən dəyişiklik edilib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.