Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb
30.06.2017 11:50
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı çapdan çıxıb. “Tusi” nəşriyyatında işıq üzü görən jurnalın bu ilə olan sayca ikinci nömrəsi Təbiət və texniki elmlər seriyasına həsr edilib.

Jurnalda bölmə ilə yanaşı, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Akademik Həsən Əliyev adına “Araz” Elmi İstehsalat Birliyi və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının kimya, biologiya, fizika, astronomiya, informatika, coğrafiya sahəsindəki məqalələri yer alıb.

Mütəxəssislərin elmi-tədqiqat işlərində əldə etdikləri yeni nəticələr “Naxçıvan Muxtar Respublikası yeraltı sularının formalaşması və kimyəvi xüsusiyyətləri”, “Naxçıvan Muxtar Respublikası ərazində yayılmış incəçətir növlərinin tibbi əhəmiyyəti və təbii ehtiyatı”, “Naxçıvan Muxtar Respublikasının azyayılmış aborigen üzüm sortu-Daş qara”, “Naxçıvan Muxtar Respublikasının meşə ekosistemində yayılan ağac və kolların ekoloji qruplar üzrə paylanması”, “Naxçıvan Muxtar Respublikası şəraitində bərk buğda hibridlərinin təsərrüfat qiymətli əlamətlərinin tədbiqi”, “Naxçıvan Muxtar Respublikasının su ehtiyatlarının formalaşması”, “Günəş küləyinin yerin maqnitosferi ilə qarşılıqlı təsiri”, “Naxçıvan Muxtar Respublikası və ona yaxın ərazilərdə baş verən zəlzələlərin təhlili və analizi” və digər başlıqlı yazılarda öz əksini tapıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: