Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şuranın iclası keçirilib
30.06.2017 09:13
  • A-
  • A
  • A+

Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şuranın iclası keçirilib

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib.

İclası şuranın sədri, AMEA-nın müxbir üzvü Amin İsmayılov açaraq ötən dövr ərzində görülən işlər barədə məlumat verib. Bildirib ki, akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunan “Böyük Qafqazın müasir torpaq örtüyü” monoqrafiyası hazırlanıb və təqdimatı keçirilib.

Daha sonra fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə 12 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Müzakirələr zamanı dissertasiya mövzularının daha aktual və müasir elmi istiqamətlərə həsr olunmasının zəruriliyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: