Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qazaxıstanda keçirilən beynəlxalq simpoziumda Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyətindən bəhs olunub
30.06.2017 09:29
  • A-
  • A
  • A+

Qazaxıstanda keçirilən beynəlxalq simpoziumda Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyətindən bəhs olunub

Qazaxıstanın Astana şəhərində “Oxucu dünyasında mütaliə edən millət” mövzusunda beynəlxalq simpozium keçirilib.

Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin dəstəyi, Milli Kitabxananın təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, bu qurumun direktor müavinləri - t.ü.e.d. Nərgiz Əliyeva və t.ü.f.d. Məhfuzə Zeynalova iştirak ediblər.

Beynəlxalq simpoziumda “Tarix profilli muzeylərin sosial-mədəni mühiti və onların gənc nəslin formalaşmasına təsiri (Milli Azərbaycan Tarixi Muzeyinin timsalında)”, “Milli Azərbaycan Tarixi Muzeyinin kitab fondunun komplektləşdirilməsi tarixi”, “Muzey sahəsindəki informasiya texnologiyaları haqqında” mövzuları üzrə çıxış edən natiqlər muzeyin qeyd olunan sahələrdə gördüyü işlər barədə məlumat veriblər.

İki gün davam edən simpozium çərçivəsində türkdilli dövlətlərin milli kitabxana direktorlarının V Beynəlxalq konfransı da keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: