Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub
29.06.2017 14:33
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək iyul ayında keçirilməsi nəzərdə tutulan “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfransın hazırlıq işləri ilə bağlı iştirakçılara məlumat verib. Bildirib ki, beynəlxalq konfransda Türkiyə, İran və ABŞ-da bu sahədə araşdırma aparan elm adamlarının iştirakı gözlənilir.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Ailə münasibətləri: ənənəvilik və müasirlik” mövzusunda məruzəsi dinlənilib. Məruzədə aparılan tədqiqatlar nəticəsində keçmişdə və hazırda ailə münasibətləri diqqətə çatdırılıb.

Daha sonra bölmənin elmi-tədqiqat institutlarının yarımillik hesabatlarının hazırlanması ilə bağlı Elmi təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov məlumat verib.

Tədbirdə bölmənin Mərkəzi Elmi Kitabxanasının direktoru Nuridə Kəngərli 2017-ci ilin birinci yarım ilində kitabxanada aparılan elektronlaşma proseslərinin statistikasını diqqətə çatdırıb. Bildirib ki, kitabxanaya daxil olan bütün çap məhsullarının və digər sənədlərin ümumi və fərdi qeydiyyatı aparılıb, 3153 adda kitab, 445 avtoreferat və 5 dissertasiya işi elektron kataloqa salınıb.

Sonda bir sıra cari məsələlərə baxılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: